İngiltərənin nüvə başlıqlarını daşıyan konvoyu Qlazqo şəhər mərkəzində silah anbarına gedərkən görüntülənib.
Teleqraf.com xəbər verir ki, bu, yerli mediada Rusiyaya mesaj kimi şərh edilib.
Məlumata görə, İngiltərənin “Trident” nüvə başlıqlarını daşıyan karvan Qlazqo şəhər mərkəzindən bir mil cənubda - Loç-Lonqdakı Kral Dəniz Silah Anbarı Kulportuna yollanarkən görülüb.
İngiltərənin nüvə konvoylarını izləyən “NukeWatch” xəbər saytı bunun Rusiya-Ukrayna müharibəsi fonunda baş verməsini “narahatedici” adlandırıb.
“İngiltərə nüvə başlıqları ilə mesaj verir”, - sayt yazıb.