Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi xidmət orqanları və xarici tərəfdaşların ölkəni tərk etməklə bağlı tövsiyəsinə baxmayaraq Kiyevdə qalmaq qərarı verdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Çexiya televiziyasına müsahibə zamanı bildirib.
“Fevralın 24-də hamı mənə deyirdi ki, dərhal getməliyəm”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları və xarici tərəfdaşları ona üç gün ərzində Ukraynanı tərk etməyi tövsiyə ediblər.
Ukrayna lideri qeyd edib ki, hər 20 dəqiqədən bir kimsə ona zəng edib getməli olduğunu deyirdi.
V.Zelenski Rusiyanın xüsusi əməliyyatının başlandığı gündən istənilən şəraitdə Ukraynada qalmaq istədiyini dilə gətirib.