ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya hücumundan sonra Türkiyəyə müharibəyə son qoymaq səylərinə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında Türkiyənin müharibəni bitirmək üçün atdığı addımlara və Ukraynaya etdiyi yardımlara toxunub.
“Türkiyəyə Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə sadiqliyinə və ehtiyac anında Ukraynaya kömək etmək səylərinə görə təşəkkür edirik”, - Prays bildirib.
Departamentin sözçüsü çıxışında əlavə edib: “Əvvəllər dediyim kimi, türk müttəfiqlərimizin də bu diplomatik səylərdə dərindən iştirak etdiyini bilirik”.