“Biz həqiqətən də koronavirus pandemiyasının sonuna yaxınlaşırıq. Gürcüstanda xəstəxanaya yerləşdirmələr və gündəlik yoluxma halları əhəmiyyətli dərəcədə azalıb”.
Teleqraf.com “Report”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zurab Azaraşvili brifinqdə deyib.
O bildirib ki, martın 28-dən Gürcüstanda məhdudiyyətlərin yalnız bir hissəsi aradan qaldırılacaq.
Nazirin sözlərinə görə, xəstəxanalarda müalicə olunan koronavirus pasiyentlərinin sayı 800-dən azdır: “Ölüm hallarında da xeyli azalma var. Son günlərdə ölüm faktları 8-10 arasında dəyişib ki, bu da son bir il ərzində ən aşağı göstəricidir”.