24 Noyabr 2014 14:00
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə ən mühüm məsələ Fələstindir.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin 11-ci prezidenti Abdullah Gül Kanadada keçirilən Halifax Beynəlxalq Təhlükəsizlik forumunda səsləndirib. Onun sözlərinə görə, bu məsələ digərlərinin həlli üçün yol açacaq.

Gül Avropa dövlətlərinin Fələstinin müstəqilliyini tanımasını təqdirəlayiq hal kimi qiymətləndirib: “Yaxın Şərqdəki əsas məsələ Fələstin məsələsidir. 1991-c ildən baş verənləri nəzərdən keçirsək bunun vacibliyini görərik”.

Forumda İraq və Suriyadakı vəziyyətləri qiymətləndirən Gül bu məsələlərin Türkiyə üçün böyük narahatlıqlar yaratdığını qeyd edib. O bildirib ki, İraq və Suriyanın qonşuluqda olması və köçkünlərin Türkiyəni üstün tutaraq buraya axışması Türkiyəni ciddi problemlər qarşısında qoyur.

Samir


Müəllif:

Oxşar xəbərlər