ABŞ-ın bir sıra Çin rəsmilərinə tətbiq etdiyi viza məhdudiyyətlərinə cavab tədbiri görüləcək.
Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin keçirdiyi brifinqdə deyib.
“Biz ABŞ-ı Çin rəsmilərinə qarşı tətbiq edilən sanksiyaları dərhal ləğv etməyə çağırırıq, əks halda Çin adekvat tədbirlər görəcək”, - diplomat bildirib.
O əlavə edib ki, bu gün Çində insan haqları ilə bağlı vəziyyət tarixdəki ən yaxşı səviyyədədir. Van Venbin ABŞ-ı Çini pis niyyətlə böhtan atmağı və təzyiq göstərməyi dayandırmağa çağırıb.
Bundan əvvəl dövlət katibi Entoni Blinken ABŞ-ın etnik və dini azlıqlara qarşı repressiyaya görə məsuliyyət daşıyan Çin nümayəndələrinə viza məhdudiyyəti tətbiq edəcəyini bildirmişdi.