ABŞ Moskvadakı diplomatik missiyasını bağlamaq fikrində deyil.
Teleqraf.com xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
"Bildirmək istəyirəm ki, ABŞ-ın Moskvadakı səfirliyini bağlamaq, prezident Co Baydenin isə məni səfir kimi geri çağırmaq niyyəti yoxdur", - C.Sallivan qeyd edib.
Səfir həmçinin prezident və dövlət katibi Entoni Blinkenlə söhbətlərdən Rusiyada diplomatik nümayəndəliyin nə qədər vacib olduğunu yaxşı bildiyini vurğulayıb.