24 Mart 2022 08:05
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü Rusiya Federasiyasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsini dəstəkləməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya və Çin qətnamənin lehinə səs verib, Təhlükəsizlik Şurasının heç bir üzvü qətnamənin əleyhinə səs verməyib, Şuranın digər 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) səvermə zamanı bitərəf qalıb.

Qətnamənin qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin veto hüququndan istifadə etməməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzu (beşi daimi və on qeyri-daimi üzv) tərəfindən dəstəklənməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər