Almaniya Ukraynaya 2 min əl qumbaraatanları vermək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyi silah tədarükü ilə bağlı Federal Təhlükəsizlik Şurasına müvafiq sorğu göndərib.
Qeyd edək ki, fevralın 26-da Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya silah tədarükünü təsdiqləyib. Berlin Kiyevə 1 000 tank əleyhinə silah və 500 "Stinger" raketi göndərmək qərarına gəlib. Daha sonra Ukraynaya 2 700 “Strela” zenit-raket kompleksi göndərilib.