25 Mart 2022 00:39
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın G20-dən çıxarılması ilə bağlı mövqeyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Baydenə görə, G20-nin növbəti sammitinə Rusiyanın əvəzinə Ukraynanı dəvət etmək lazımdır.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz. ABŞ konkret qurumlar və konkret həll yolları ilə bağlı müttəfiqləri ilə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər