25 Mart 2022 10:20
1 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Getdikcə daha çox rus qoşunu Ukrayna tərəfinə keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi bildirib.

“Getdikcə daha çox Rusiya hərbçisi nəinki Ukraynaya qarşı müharibədə iştirakdan imtina edir, hətta rus rejiminə qarşı mübarizədə iştirak etmək üçün əlində silah Ukrayna tərəfinə keçir”,- deyə məlumatda bildirilir.

ABŞ Müdafiə Nazirliyinin də son hesablamalarına görə, Rusiya ordusunun döyüş qabiliyyəti 90%-dən aşağı düşüb. Düşmən ərzaq və yanacaq təchizatı ilə bağlı problemlərlə üzləşib.

Genişmiqyaslı işğalın əvvəlindən Rusiya ordusu Kiyevi və ya digər iri şəhərləri ələ keçirə bilməyib və ukraynalıların işğalçılara genişmiqyaslı müqaviməti nəticəsində müvəqqəti işğal olunmuş bəzi yaşayış məntəqələrinə hələ də tam nəzarət edə bilmir.


Müəllif: Nemət

Oxşar xəbərlər