Rusiya hərbçiləri gecə saatlarında Dnepr kənarındakı hərbi hissələrdən birinə raket zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, raket zərbələri nəticəsində bölmənin binaları əhəmiyyətli dərəcədə dağılıb. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Bundan əvvəl bildirilmişdi ki, işğalçıların Dnepropetrovsk vilayətində “Qrad” reaktiv yaylım atəşi sistemini atəşə tutması nəticəsində 20-dən çox fərdi yaşayış evinə ziyan dəyib, bir nəfər yaralanıb.
Bundan əlavə, daha əvvəl rus qoşunları Pavloqrad şəhərinə raket zərbələri endirərək, dəmir yolunu dağıdıblar.
Martın 15-də də Rusiya Federasiyasının silahlı qüvvələri Dnepr hava limanına zərbə endirmişdi.