25 Mart 2022 17:24
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları hələ də Odessa istiqamətində Nikolayevdən qərbə yan keçməyə çalışırlar, lakin Ukraynada maddi-texniki təchizat və müqavimətlə bağlı problemlər səbəbindən onların irəliləməsi ləngiyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Ukraynanın əks-hücumları və Rusiya qoşunlarının həddən artıq uzanmış təchizat xətlərində geri çəkilməsi Ukraynaya Kiyevdən 35 km şərq radiusunda şəhərləri və müdafiə mövqelərini yenidən geri almağa imkan verib.

Ukrayna qüvvələrinin rus qoşunlarını Kiyevdən şimal-qərbə, Qostomel aerodromuna sıxışdırmaq cəhdlərini davam etdirəcəyi ehtimal edilir.

Artıq bir çox rayonlarda Ukrayna ordusu əks-hücuma keçərək düşməni səngərdən çıxarıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ağır döyüşlər gecə saatlarında Kiyev yaxınlığında davam edib. Ukrayna döyüşçüləri bir sıra yaşayış məntəqələrini işğalçılardan geri ala biliblər.

Uğursuz hücuma görə rus qoşunları bütün diqqətini şəhərləri bombalamağa və dinc əhaliyə qarşı terrora yönəldiblər.


Müəllif: Nemət

Oxşar xəbərlər