25 Mart 2022 19:00
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada xüsusi hərbi əməliyyat zamanı 1,3 mindən çox Rusiya hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy bildirib.

"Təəssüf ki, xüsusi hərbi əməliyyat zamanı yoldaşlarımız arasında itkilər olur. Bu günə kimi 1351 hərbçi həlak olub, 3825-i yaralanıb", - S.Rudskoy deyib.

Onun sözlərinə görə, həlak olanların ailələrinin təminatını dövlət öz üzərinə götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər