Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 68 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 286 min 140 nəfərin test edildiyi, 15 min 303 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 18 min 965 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.