26 Mart 2022 08:32
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Türkiyə və Yunanıstanla birlikdə Ukraynanın Mariupol şəhərindən mülki əhalinin təxliyəsi üçün birgə humanitar əməliyyat keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron mətbuat konfransı zamanı söyləyib.

Onun sözlərinə görə, hazırda şəhərdə 150 mindən artıq mülki vətəndaş var.

"Mən və Rusiya prezidenti Vladimir Putin yaxın 48-72 saat ərzində telefon danışığı zamanı bu məsələni müzakirə edəcəyik", - E.Makron bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər