Rusiyanın Ka-52 helikopterləri Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsini “Vixr” raketləri ilə vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin ordu aviasiyasının helikopterləri Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsinə tank əleyhinə idarə olunan raketlərlə hava zərbəsi endirib”, - məlumatda deyilir.
Bildirilir ki, Ka-52 helikopterlərinin uçuşu havada qalaraq irəliləyən qoşunların atəşə tutulması zamanı 7 min metrdən artıq məsafədən düşmənin hava hücumundan müdafiəsinin zərbə zonasına daxil olmadan təyin olunmuş hədəfləri məhv edib.
Rusiyanın Ka-52 helikopterləri Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqəsini “Vixr” raketləri ilə məhv edib.