ABŞ dövlət katibi Entoni Blinken bu gun İsrailə səfər edəcək. E.Blinken burada hökumətinin nümayəndələri ilə görüşəcək, sabah isə Fələstinə səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında deyilib.
"Dövlət katibi Blinken martın 26-28-də İsrailə səfər edəcək və burada baş nazir [Naftali] Bennett, İsrailin xarici işlər naziri Yair Lapid, İsrailin müdafiə naziri Benni Qantz və İsrail prezidenti Yitshak Hertsog ilə görüşəcək", - deyə bildirilib.
E.Blinken İranı və Fələstin-İsrail münaqişəsini müzakirə etmək niyyətindədir. O, həmçinin Bəhreyn, Misir, İsrail, Mərakeş və BƏƏ-dən olan həmkarları ilə birlikdə diplomatik sammitdə iştirak edəcək.
Dövlət Departamentindən bildirilib ki, E.Blinken sabah İordan çayının qərb sahilidəki Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla danışıqlar aparacaq.