27 Mart 2022 00:39
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yaranan vəziyyətdə Ukraynanı tam dəstəkləyir.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Varşavaya səfəri çərçivəsində Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı bildirib.

O, Ukraynanın xarici işlər və müdafiə nazirləri Dmitri Kuleba və Oleksiy Reznikovla söhbətində ABŞ-ın tam dəstəyini bəyan etdiyini vurğulayıb.

"İndi də uzun illər demokratiya və azadlıq uğrunda gedən mübarizədə Ukrayna və onun xalqı ön ön mövqedədir, o öz ölkəsini xilas etmək üçün mübarizə aparır. Onların cəsarətli müqaviməti bütün azad insanları birləşdirən ən mühüm demokratik prinsiplər uğrunda daha geniş mübarizənin bir hissəsidir. Qanunun aliliyi, ədalətli və azad seçkilər, danışmaq, yazmaq və toplaşmaq azadlığı, din azadlığı, mətbuat azadlığı - bu prinsiplər azad cəmiyyətdə lazımdır. Amma onlar həmişə, həmişə təhdid altında olublar", - deyə ABŞ prezidenti bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər