27 Mart 2022 10:34
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hava məkanından uzaqmənzilli raketlərə və ya bombalara arxalanmağa davam edir. Öz təyyarələrini təhlükəyə atmamaq üçün Ukraynaya uzaqdan raket zərbələri endirirlər.

Teleqraf.com xəbər verir ki, bu rəyə Britaniya hərbi kəşfiyyatı gəlib.

Rəyə görə, Kreml Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Rusiya təyyarələrini vurma ehtimalını azaltmaq üçün öz hava məkanından uzaqmənzilli raketlərə və ya bombalara arxalanmağa davam edir.

Kəşfiyyat qeyd edir ki, Rusiya hava və raket qüvvələri bütün Ukrayna ərazisindəki hədəflərə, o cümlədən əhalinin sıx məskunlaşdığı mülki ərazilərdəki bir çox yerlərə zərbələr endirməkdə davam edir.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski öz tərəfdaşlarına bir daha qeyd edib ki, Ukrayna Rusiya raketlərini ov tüfənglərindən və pulemyotlardan vura bilməz. Bu səbəbdən də Ukraynanın təyyarələrə və digər müdafiə vasitələrinə ehtiyacı var.


Müəllif: Nemət

Oxşar xəbərlər