Rusiya ordusu Donetsk və Luqansk vilayətlərində Ukrayna qüvvələrini mühasirəyə almağa çalışacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib.
“Görünür, Rusiya qüvvələri şərqdə separatçılarla birləşərək həmin ərazidə Ukrayna qüvvələrini mühasirəyə almağa, şimalda Xarkov və cənubda Mariupola doğru irəliləməyə çalışırlar”, - məlumatda deyilir.
Bundan əvvəl Ukrayna Baş Qərargahı Rusiya ordusunun döyüş qabiliyyətini bərpa etmək və Kiyevi cənub-qərbdən mühasirəyə almaq üçün bir neçə bölməni Çernobıl ərazisinə, daha sonra isə Belarusa geri çəkdiyini bildirmişdi.
Donetsk istiqamətində düşmən Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq üçün hücum əməliyyatlarını bərpa etmək üçün yenidən qruplaşmaqda və zərbə qruplarını artırmaqda davam edir.
Xüsusən də Popasnayada artilleriya dəstəyi ilə hücum əməliyyatları keçirməyə cəhd edib və nəticədə itkilər verib.