“Biz prinsip olaraq ölkəmizdə qanuni olan bütün fəaliyyətlərə icazə veririk. Bizdə qeyri-qanuni fəaliyyətə icazə verilmir. Sualın cavabı bu qədər aydın və sadədir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu “Qərbin sanksiyasına məruz qalan rus oliqarxları Türkiyəyə gələ bilərmi” sualına cavabında deyib.
Rusiyalı oliqarxların da Türkiyəyə səfər edə biləcəyini deyən Çavuşoğlu bildirib ki, istənilən Rusiya vətəndaşı Türkiyəyə səfər edə bilər:
“Ruslar indi Türkiyəyə heç bir problem olmadan turist kimi gələ bilərlər. Rusiyalı oliqarxların Türkiyədəki işi beynəlxalq hüquqa zidd deyilsə, biz bunu qiymətləndirəcəyik, əks halda isə bu başqa məsələdir”.