27 Mart 2022 17:20
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyada hakimiyyəti dəyişməyə yönəlmiş heç bir strategiyası yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İsrailin Xarici işlər naziri Yair Lapidlə danışıqların yekununda bildirib.

“Bizdən dəfələrlə eşitdiyiniz kimi, bizim nə Rusiyada, nə də başqa yerdə rejim dəyişikliyi strategiyamız yoxdur”, - Dövlət katibi deyib.

Qeyd edək ki, dünən Varşavada səfərdə olan ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putindən danışarkən bu adam hakimiyyətdə qala bilməz - bəyanatını verib.


Müəllif: Nemət

Oxşar xəbərlər