28 Mart 2022 10:37
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə başlayandan Ukrayna müsəlmanları ruhani idarəsinin rəhbəri Şeyx Səid İsmayılov dini geyimini hərbi geyimə dəyişərək ölkənin müdafiəsinə qoşulub.

Teleqraf.com Ukrayna mediasına istinadla xəbər verir ki, ukraynalı jurnalistlər Şeyx Səidlə təsadüfən Kiyev dəmiryol vağzalında rastlaşıb.

Söhbət zamanı məlum olub ki, şeyx dəmiryol vağzalında könüllülərin daha bir dəstəsini götürməyə gəlib.

Ukrayna müsəlmanlarının müftisinin səhərdən gecə saatlarına qədər işlədiyi bəlli olub.

Müfti bildirib ki, əslində müdafiə dəstələrinə qoşulmaqla Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyirmiş, lakin tanındığı üçün ondan daha vacib işlə məşğul olunması xahiş edilib. Hazırda müfti hərbi geyimdə arxa cəbhədə iştirak edir.


Müəllif: Nemət

Oxşar xəbərlər