28 Mart 2022 12:30
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron “France 3” kanalında verdiyi müsahibədə Rusiyanın Ukraynada başladığı müharibəni dayandırmaq istədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bunun üçün sözdə və əməldə gərginliyin artırılmamalı olduğunu deyən Makron Rusiya lideri Vladimir Putinlə görüşlərini davam etdirdiyini və onun üçün “qəssab” sözünü təkrarlamayacağını vurğulayıb.

“Biz avropalılar olaraq coğrafiyamızı və tariximizi unutmamalıyıq. Biz rus xalqına qarşı müharibə aparmırıq”, - Makron söyləyib.

Avropanın Moskva və Vaşinqton arasında gedən “soyuq müharibə”də iştirak etmədiyini vurğulayan Makron Ukraynanın Mariupol şəhərində humanitar əməliyyat keçirmək barədə Putinlə telefonla danışacağını bildirib.

Bundan əvvəl Polşanın paytaxtı Varşavada ukraynalı qaçqınların düşərgəsinə baş çəkən ABŞ Prezidenti Co Bayden Putini “qəssab” adlandırıb.

Makron martın 25-də verdiyi açıqlamada Ukraynanın Mariupol şəhərini tərk etmək istəyənlər üçün Türkiyə və Yunanıstanla birlikdə humanitar əməliyyat təşkil edəcəklərini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər