28 Mart 2022 14:27
26 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinin Rusiya qazının pulunu rublla ödəmək tələbini Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdi adlandırıb.

Teleqraf.com-un məlumatına görə, Makron belə bir sənəd imzalamadıqlarını bildirib.

Fransa prezidentinin sözlərinə görə, analitiklər Kremlin bəyanatını öyrənməyə davam edirlər, lakin “imzalanmış bütün sənədlər bunun qadağan olduğunu göstərir: “Ona görə də qaz alan və Avropa torpağında olan avropalı oyunçular bunu avro ilə etməlidir”.

Qeyd edək ki, Putin Rusiyaya “dost olmayan ölkələrə” qaz tədarükü üçün ödənişlərin rublla köçürülməsi barədə göstəriş verib.


Müəllif: Nemət

Oxşar xəbərlər