Bu gün Ukrayna Silahlı Qüvvələri Qara dəniz regionunda, Odessa vilayətində təlim atışları keçirəcək. Atışlar zamanı müxtəlif növ silahlardan, o cümlədən iriçaplı silahlardan istifadə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun cənub əməliyyat komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Xahiş edirik, narahat olmayın və doğma şəhərimizin və ölkənin müdafiə tədbirlərinə anlayışla yanaşın”, - məlumatda bildirilib.