28 Mart 2022 17:10
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Döyüşlərdə rus qoşunları itkilərini üç dəfə artırmaq üçün Ukraynaya silah tədarükünün kəskin artırılması lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Rusiya hər gün 510-530 hərbçisini itirir. Bu, döyüşün son dərəcə yüksək intensivliyindən və ordunun motivasiyasından xəbər verir. Rusiya üçün geridönməz itkilərin sayını iki-üç dəfə artırmaq üçün ağır və uzaqmənzilli artilleriya sistemlərinə mərmi tədarükünü kəskin şəkildə artırmaq lazımdır”, - Podolyak bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, fevralın 24-dən martın 28-dək rus ordusunun itkiləri təqribən 17 min nəfərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər