Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səhhəti ilə bağlı yayılan məlumatları cəfəngiyyat və aşkar yalan adlandırıb.
Teleqraf.com xəbər verir ki, Lavrov bu barədə Serbiya mətbuatına müsahibəsində deyib.
“Mən cəfəngiyyatı şərh etmək istəmirəm, çünki bu, həm bayaq qeyd etdiyiniz Ukrayna xüsusi xidmət orqanları, həm də hazırda xaricdə olan rus neoliberallarımız tərəfindən yayılan cəfəngiyyatdır. Görünür, orada onlara səhər saatlarından səsləndirilməsi lazım olan materialları verirlər, onlar da onu səsləndirirlər. Bunların hamısı açıq-aşkar yalandır”, - deyə Lavrov bildirib.
O əlavə edib ki, “hamı sağdır, hamı sağlamdır və hamı işləyir”.