"Tesla" və "SpaceX" şirkətlərinin təsisçisi, amerikalı iş adamı İlon Mask təkrar koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.
İ.Mask xəstəliyi simptomsuz keçirdiyini bildirib.
Qeyd edək ki, İlon Mask birinci dəfə 2020-ci ilin noyabrında COVID-19-a yoluxmuşdu.