Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Kuleba "Twitter" hesabında bildirib.
"Türkiyə XİN başçısı Çabuşoğlu ilə telefon danışığımız oldu. Ukrayna və Rusiya arasında sülh danışıqlarının növbəti mərhələsinə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarıq. Ümid edirəm ki, Türkiyənin vasitəçiliyi ilə bu danışıqlar Ukraynada sülhün və təhlükəsizliyimizin maraqlarına xidmət edən nəticələr verəcək", - deyə Kuleba bildirib.