29 Mart 2022 11:10
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya 1370 raket atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “ABC News” Pentaqona istinadən məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi onu da qeyd edib ki, Kiyev ətrafında olan rus qoşunları uzaq məsafədən atəşləri davam etdirsələr də, şəhərə doğru irəliləməyi dayandırıblar.

Pentaqonun məlumatına görə, Rusiya qoşunları şimal-qərbdə Kiyevdən 15-20 km, şərqdə isə 55 km məsafədədir.

Rəsmi əlavə edib ki, Ukrayna hərbçilərinin rusları paytaxtdan sıxışdırmaq cəhdləri istisna olmaqla, vəziyyət stabil olaraq qalır.


Müəllif: Nemət