Medinski İstanbulda keçirilən danışıqlardan sonra bəyanat yayıb.
Teleqraf.com-un məlumatına görə, İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib ki, Ukrayna tərəfi ilə məsləhətləşmələr davam edir.
“İstanbulda Rusiya-Ukrayna məsləhətləşmələri davam edir və onların nəticələrindən sonra tərəflər bəyanatla çıxış edəcəklər”,- Medinski deyib.
O əlavə edib ki, bu gün səhər saatlarından məsləhətləşmələr aparıldı:
“Ümid edirəm ki, bir neçə saatdan sonra onların nəticələri ilə bağlı müəyyən açıqlama verəcəyik”.