29 Mart 2022 17:51
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ilə danışıqlarda Krımın və Sevastopolun statusu ilə bağlı danışıqlar üçün son tarix təyin etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Mixail Podolyak bildirib.

M.Podolyak 15 il ərzində Krımla bağlı danışıqların aparılmasını təklif edib. “Bütün bu müddət ərzində nə Kiyev, nə də Moskva Krım məsələsini hərbi yolla həll etməyəcək”, - deyə Ukrayna nümayəndə heyətinin rəhbəri qeyd edib.

“Məsələn, Krım kimi məsələlərə gəlincə... Bu, Krımın və Sevastopolun statusu ilə bağlı ikitərəfli danışıqlar aparmaq üçün Ukrayna və Rusiyanın mövqelərini 15 il müddətinə müəyyən etməyi təklif etdiyimiz sazişin ayrıca bəndidir”, - Mixail Podolyak bildirib.

“Ukrayna və Rusiya danışıqların davam etdiyi bu müddət ərzində Krım probleminin həlli üçün silahlı və ya hər hansı bir qüvvədən istifadə etməyəcək”, - Ukrayna nümayəndə heyətinin rəhbəri bildirib. O, Rusiya tərəfinə hərbi gücdən istifadə etməməyi ayrıca maddə kimi qeyd etməyi təklif edib.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun birinci hissəsi baş tutub. Görüşlər üzbəüz formata qayıdıb. Sabah, martın 30-da danışıqların ikinci hissəsinin baş tutacağı gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər