29 Mart 2022 17:36
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının əleyhinə deyil.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Kiyevlə danışıqlarda prezidentin köməkçisi Vladimir Medinski bildirib.

“Rusiya Federasiyası öz tərəfindən Ukraynanın Avropa İttifaqına qoşulmaq istəyinə etiraz etmir”, - deyə o, Moskvanın bu məsələdə mövqeyini açıqlayıb.

Medinski daha əvvəl bildirib ki, danışıqlar zamanı Rusiya Ukraynadan neytral və qeyri-nüvə statusu istəyini təsdiqləyən yazılı təkliflər alıb.

O, həmçinin bildirib ki, Kiyevin təkliflərinə kütləvi qırğın silahlarının bütün növlərinin istehsalı və yerləşdirilməsindən imtina, habelə onun ərazisində xarici hərbi bazaların və qoşunların olmasına qadağa daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər