Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır.
Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Vopke Xukstra tviter səhifəsində yazıb.
“Niderland Rusiyanın 17 kəşfiyyatçısını ölkədən çıxarır. Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, - nazir yazıb.
Nazirin sözlərinə görə, onlar Niderlandın təhlükəsizliyini təhdid edirmiş.