Vaşinqton Kiyevə müdafiə yardımı göndərməyə davam edəcək.
Teleqraf.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.
"Biz görəcəyik. Onların hərəkətlərinin nə olduğunu görməyincə heç nə proqnozlaşdırmayacağam", - deyə C.Bayden Rusiya Müdafiə Nazirliyinin Kiyev və Çerniqov şəhərləri istiqamətində hərbi fəallığı əsaslı şəkildə azaltmaq qərarını şərh edərkən deyib.
Eyni zamanda o, İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən danışıqlardan da danışıb.
"Onların nə etdiklərini öyrənəcəyik, lakin bu arada biz güclü sanksiyaları davam etdirəcəyik, Ukraynaya özünü müdafiə vasitələrini verməyə və baş verənləri diqqətlə izləməyə davam edəcəyik", - deyə C.Bayden bildirib.