Bu gün Kiyev səmasında bir neçə raket vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat telemarafonunun efirində Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
“Bizim bildiyimizə görə, paytaxt səmasında bir neçə raket vurulub. İndi vəziyyət aydınlaşdırılır”, - o deyib.
Xatırladaq ki, Kiyevin rus işğalçılarının hücumlarından sonra şəhərdə yüzlərlə mina və partlamamış mərmi var.
Vadim Denisenko xəbərdarlıq edir ki, ukraynalıların indi öz evlərinə qayıtması təhlükəlidir. Bu, yalnız hakimiyyət orqanları, və Milli Polislə razılaşdırıldıqdan sonra edilə bilər.