Rus ordusu Lisiçanski şəhərinə zərbələr endirib. Hadisədən dərhal sonra xilasedicilər insanlara kömək etməyə çalışıb.
Teleqraf.com xəbər verir ki, Lisiçanskda rus hərbçiləri yaşayış məntəqələrini atəşə tutub, atışma zamanı yaralananlar olub, ölənlər var.
Ukrayna Silahlı Qüvvələrinin “Telegram“ kanalı məlumatı təsdiqləyib.
“Təxminən səhər saat 6:30 radələrində işğalçılar Lisiçanskı ağır silahlardan atəşə tutublar. Hündürmərtəbəli binalarda xeyli dağıntı var. Ölən və yaralıların sayı ilə bağlı məlumat dəqiqləşdirilir. İnsanların xilas edilməsi üçün işlər görülür" - məlumatda bildirilib.