Madrid Şəhər Şurasında keçirilən səsvermədə ifrat sağçı Vox Partiyası istisna olmaqla, bütün siyasi partiyalar Rusiya Prezidenti Vladimir Putinə verilən qızıl açarın geri alınmasını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, partiyanın sözçüsü Xavyer Orteqa Smit qızıl açarın Putinə yox, rus xalqına xitabən verildiyini bildirərək, bu təklifə qarşı səs verdiklərini deyib.
Ukraynaya hücumuna görə Putini qınamaqda tərəddüd edən ifrat sağçı Voxun mövqeyi digər siyasi partiyalar, xüsusən də solçular tərəfindən tənqid edilir.