24 Noyabr 2014 20:26
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klivlend polisi əlində pnevmatik tapança mulyajı olan 12 yaşlı uşağı güllələ ilə vurub.

Teleqraf.com xəbər verir ki, polislər 12 yaşlı Tamir Raysa əllərini yuxarı qaldırmaq tələbinə məhəl qoymadıqdan sonra atəş açıldığını deyib.

Oğlanın tapança ilə ətrafdakıları hədələdiyinə görüb polis çağıran şəxs onlara tapançanın həqiqi olub-olmadığını bilmədiyi barədə də məlumat verib. Nəticədə gəncin polisə tabe olmadığını və iki dəfə atəş açılaraq vurulduğunu bildirən polis nümayəndəsi onun az sonra xəstəxanada vəfat etdiyini qeyd edib.

Tamir Raysın hədə-qorxu gəlmədiyini və tapançanı polisə tuşlamadığını deyən Klivlend polis rəisinin müavini Ed Tomba pnevmatik tapançada onu həqiqi silahdan fərqləndirən narıncı təhlükəsizlik indikatorunun olmadığını bildirib. Hazırda insidentin tədqiqatına başlanılıb və hadisədə iştirak edən hər iki polis əməkdaşı administrativ məzuniyyətə buraxılıb.

Klivlend polisi öz hərəkətlərinə görə artıq bir neçə dəfə tənqidə məruz qalıb. 2012-ci ildə qaçırılmış avtomobilin təqibi zamanı polis maşındakılara 137 dəfə atəş açılmış və nəticədə iki nəfər həlak olmuşdu.

Birləşmiş Ştatların Ədliyə Nazirliyi Klivlend polisinin odlu silahdan istifadə etməsi faktlarını araşdırmağa başlayıb.

ABŞ cəmiyyətində praktiki olaraq həqiqi silahdan seçilməyən oyuncaq silahların satışına nəzarətin daha da gücləndirilməsinə dair çağırışlar artmaqdadır.


Müəllif:

Oxşar xəbərlər