30 Mart 2022 14:39
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB ölkələrinin hökumət başçıları may ayında Qərbin sanksiyalarının dövlətlərin iqtisadiyyatına təsirini minimuma endirmək üçün birgə tədbirləri müzakirə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Birliyin İcraiyyə Komitəsi sədrinin birinci müavini Leonid Anfimov bildirib.

“Rusiya tərəfinin xahişi ilə Hökumət Başçıları Şurasının mayın 20-də videokonfrans vasitəsilə keçiriləcək növbəti iclasında MDB ölkələrinin iqtisadiyyatlarının sanksiya təzyiqi şərtləri altında işi üzrə birgə tədbirlər haqqında məsələnin qaldırılması təklif olunur. Yəni biz həm Belarusa, həm də Rusiyaya zərbə vuran bu təzyiq və sanksiyaları minimuma endirmək üçün ümumi yanaşmalar hazırlamalıyıq”, - Anfimov çərşənbə günü Minskdə jurnalistlərə bildirib.

Onun fikrincə, Minsk və Moskvaya qarşı bu sanksiyalar Birliyin bütün ölkələrinin iqtisadiyyatının effektiv işində əks olunmalıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər