İŞİD terror qruplaşması Peşmərgə gücləri və koalisiya qüvvələrinin hədəfi olmamaq üçün Kərkükdə işğal etdiyi bir çox yerdə qara bayraqlarını endirib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Şimali İraq regional rəhbərliyinin Peşmərgə gücləri Kərkükün cənubunda hücuma keçən İŞİD-i məğlubiyyətə uğradıb.
Peşmərgə güclərinin 1-ci briqada komandirinin köməkçisi Şeyx Bəkir Əhməd Kərkükün cənubunda hücuma keçən İŞİD silahlılarına ağır silahlarla sərt cavab verildiyini deyib. Silahlı qarşıdurmada yalnız bir peşmərgənin yaralandığını deyən kürd komandir çoxlu sayda İŞİD-çinin öldürüldüyünü bildirib.
Məlumata görə, İŞİD-in Kərkük bölgəsində işğal etdiyi ərazilərdə əvvəlki aktivliyi müşahidə edilmir.