Sabiq KQB kəşfiyyatçısı, Rusiya prezidenti Vladimir Putinin keçmiş müttəfiqi Yuri Şvets müsahibəsində müdafiə naziri Şoyqunun son vaxtlar sursat axtarışı ilə məşğul olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, keçmiş kəşfiyyatçı deyib ki, Sergey Şoyqu son vaxtlar silah-sursat axtarışı ilə məşğuldur.
Onun sözlərinə görə, Rusiya ordusunun sursatları tükənmək üzrədir:
“Fabriklər fəaliyyətini dayandırır, ehtiyat tükənir. Beləliklə, çinlilərin yanına qaçıblar. Çinlilər isə “yox” deyiblər. Bu, onlar üçün acınacaqlı vəziyyətdir. Bəlkə də bu axtarışla bağlı yoxa çıxmışdı. Şamanların köməyi ilə tayqada bir yerdə döyüş sursatı axtarır”.