“Litva NATO-nun üzvü kimi Rusiyanın hücumundan qorxmur və özünü müdafiə etməyə hazırdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Litva Prezidenti Dalya Qribauskayte çıxış edib. O, Rusiyanın Baltik ölkələrinə hücum etməyə cəsarət edə bilməyəcəyini bildirib:
“Litva NATO-nun üzvü kimi Rusiyanın hücumundan qorxmur və özünü müdafiə etməyə hazırdır. Ölkədə beynəlxalq hüquq normaları hökm sürür. Rusiya kobud və təcavüzkardır, lakin biz qorxmuruq. Biz qonşumuzu yaxşı tanıyırıq. Yarım əsr işğal altında yaşamışıq, lakin bu o demək deyil ki, yenidən kimsə ölkəmizi işğal edə bilər. Gələn il müdafiə xərclərini 40 faiz artıracağıq. Biz hazırda NATO-nun üzvüyük, amma gözləyə bilmərik ki, kimsə gəlib bizi müdafiə etsin. Bundan əlavə dünyanın heç bir sivil ölkəsi artıq Rusiyaya etibar etmir. G20 zirvəsi göstərdi ki, heç kim Kreml liderinin ağzından çıxan sözə inanmır”.