30 Mart 2022 23:26
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson İcmalar Palatasında çıxış edib.

Teleqraf.com xəbər verir ki, hakim Mühafizəkarlar Partiyasından olan deputat Conni Merserin Ukraynaya daha çox hərbi yardım göstərilməsi çağırışına cavab olaraq Conson onun tamamilə haqlı olduğunu, hərbi və müdafiə dəstəyini ikiqat artırmalı olduqlarını söyləyib.

“Eyni zamanda, dostlarımız və tərəfdaşlarımızdan heç kimin sanksiyalardan geri çəkilməməsini təmin edəcəyik. Əslində Vladimir Putinə iqtisadi təzyiqi artırmalıyıq, sanksiyaların ləğvi tamamilə ağlasığmazdır. Hesab edirəm ki, tamamilə bu haqda düşünülməməlidir”, - baş nazir bildirib.

Boris Conson vurğulayıb ki, fərdi və qurumlara qarşı sanksiyalarda heç bir geriyə dönüş olmamalıdır.

Bundan əvvəl Consonun sözçüsü jurnalistlərə bildirib ki, İngiltərə baş naziri Nazirlər Kabinetinin iclasında təktərəfli atəşkəsin Rusiyaya qarşı sanksiyaların ləğvi üçün səbəb olmayacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər