Ankara Rusiyanın “S-400” zenit-raket komplekslərinə alternativ olan müdafiə sistemlərini digər ölkələrdən almağa açıqdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlayıb.
“S-400”lərin alınması zərurət idi. İndi biz Fransa və İtaliya ilə digər müdafiə sistemlərinin alınması üçün danışıqlar aparırıq”, - nazir bildirib.
O, Türkiyənin həll yolunu tapacağını və bu silahları ala biləcəyini vurğulayıb.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsinin Türkiyə üçün bağlı olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, əvvəllər Rusiyadan alınan bu silahlar indi Ankaraya məxsusdur və başqa dövlətə verilə bilməz.