30 Mart 2022 18:28
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zelenski Norveç hakimiyyətindən Ukrayna Silahlı Qüvvələrini zirehli texnika və artilleriya sistemlərini məhv etmək üçün vasitələrlə təmin etməyi xahiş edir.

Teleqraf.com xəbər verir ki, Prezident Vladimir Zelenski bu dəstəyi Norveç parlamentinə müraciətində deyib.

“Müharibə davam edir. Rusiya torpaqlarımıza yeni qüvvələr göndərir ki, bizi məhv etməyə davam etsin, ukraynalıları məhv etsin.Biz müharibəni dayandırmaq üçün daha çox iş görməliyik. İlk növbədə vacibi silahdır. Azadlıq tiranlıqdan pis silahlanmamalıdır. İnanın ki, biz konkret insanları, konkret şəhərləri itiririk, onlar dağıdılır. Ona görə də istəyirəm ki, bizə xüsusilə gəmi əleyhinə silahlar, “Harpoon” raketləri və “NASAMS” hava hücumundan müdafiə sistemləri verilsin”.

Prezident qeyd edib: “Bizə kömək edə biləcəyiniz bütün silahlar yalnız bizim azadlığımızı, sizin azadlığınızı qorumaq üçün istifadə olunacaq. Yalnız digər avropalılarla birlikdə istifadə etdiyiniz azadlıq və təhlükəsizliyi qorumaq üçün”.


Müəllif: Nemət

Oxşar xəbərlər