Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk Lutsk şəhərinin fəxri vətəndaşı titulundan məhrum edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə şəhər rəhbərliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ölkəsi Rusiyanın hərbi müdaxiləsindən əziyyət çəkdiyi vaxtda veteran yarımmüdafiəçi bununla bağlı ictimaiyyətə heç bir açıqlama verməyib: "O, işğalçı ölkənin "Zenit" klubu ilə əməkdaşlığını da dayandırmayıb. Timoşuk bu cür şüurlu seçimi ilə düşmənlərə işləməyə davam edir".
Xatırladaq ki, Anatoli Timoşuk hazırda "Zenit"də köməkçi məşqçi kimi fəaliyyət göstərir.