ABŞ Prezidenti Cozef Bayden bu gün ukraynalı həmkatrı Volodimir Zelenskiyə zəng edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evə yaxın jurnalistlər ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
“Prezident Bayden Ukraynaya davam edən dəstəyimizi müzakirə etmək üçün bu gün Şərq Sahili vaxtı (EST) ilə saat 10:45-də Ukrayna Prezidenti Zelenski ilə danışacaq”, - mənbə bildirib.